"Metronun hamını daşımaq imkanı yoxdur. Mövcud texniki imkanlar daxilində intervalı 2 dəqiqədən aşağı müəyyən etmək mümkün deyil”.
Qaynarinfo "Xəzər xəbər”ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov son günlər metroda yaşanan sıxlıqla bağlı suallara aydınlıq gətirərkən bildirib.
B.Məmmədov metroda yubanmaların olduğunu təsdiqləyib və bildirib ki, metroda sərnişin sayı durmadan artır.
Sərnişinlər isə əlverişli nəqliyyat vasitəsi olmasına baxmayaraq, son vaxt vaxtlar metrodan istifadə zamanı çətinliklər yaşadıqlarını bildiriblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər