Ölkə 15:11 26.11.2021

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: 31 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1997 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
 
Son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, "buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir.