Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 45561 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10418 nəfərdir.
Şərhlər