Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2500 yeni yoluxma faktı qeydə alınıb, 2243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
Ölkədə ümumilikdə 544 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 767 nəfər müalicə olunaraq sağalıb, 7 241 nəfər vəfat edib, aktiv xəstə sayı 31 642 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 017, ötən müddət ərzində isə ümumilikdə 5 271 849 test aparılıb.
Koronavirus (COVID-19) əleyhinə 42 824 vaksin vurulub.
Şərhlər