Dünya 16:05 14.01.2021

Sorosçular da Paşinyandan imtina etdi

Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan istefa ərizəsi yazıb.

Axar.az xəbər verir ki, bu məlumatı o, Feysbuk səhifəsində paylaşıb. Sanasaryan iki il müddətinə vəzifəsindən müvəqqəti kənarlaşdırıldığını və ona qarşı qanunsuz cinayət işi açıldığını bildirib:

"Bu, mənə ölkəni korrupsiyadan təmizləməyi gerçəkləşdirməyə imkan vermədi”.

O, bu müddət ərzində Paşinyanın onun qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Sanasaryan Ermənistandakı inqilabın əsas liderlərindən biri olub. O, 2018-ci ilin mayından Dövlət Nəzarət Xidmətinə rəhbərlik edib. 2019-cu ildə ona qarşı cinayət işi açıldıqdan sonra vəzifəsindən istintaq yekunlaşana qədər müvəqqəti kənarlaşdırılıb.

Sanasaryan Ermənistan hakimiyyətində "Sorosçu qanad”ın əsas təmsilçilərindən biri olub.