Ölkə 16:33 12.06.2018

Sorğu başladı: "İlin rektor"u kim olacaq?

İcmal.az analitik təhlil saytı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilati dəstəyi ilə daha bir maraqlı sorğuya start verib. Bu dəfəki sorğu "İlin rektoru” nominasiyası üzrə qalibin müəyyən edilməsi üçün keçirilir. Sorğu 2017-ci ildə ən fəal rektoru müəyyən etmək məqsədi daşıyır.

Bu barədə məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib:

"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz təhsildə həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, təhsilimizə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki təhsil sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”

Sorğu QHT-nin rəsmi internet səhifəsi www.ASGA.az saytında həyata keçirilir. Səsvermələrə iyunun 21-nə qədər davam edəcək. 1-ci yerdə qərarlaşan "İlin rektoru” nominasiyası üzrə qalib elan ediləcək. Qalib rektora "İLİN REKTORU" diplomu, "İLİN REKTORU” medalı və rəsmi məktub təqdim oluncaq. 

Xatırladaq ki, sonuncu dəfə "İlin rektoru” nominasiyası üzrə qalib Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva seçilib.