Dünyada 1,8 milyard insanın ən az bir sosial şəbəkədə hesabının olduğu və həyatlarının hardasa hər anını sosial media platformaları vasitəsilə paylaşdığı bir dönəmdən keçirik. Sosial medianın belə məşhurlaşması, iş verən orqanların da diqqətini cəlb etmiş və insan resursları sahəsində də özünə yer eləmişdir.
İnsanların sosial şəbəkələrdə etdikləri paylaşımlar iş verənlərə, namizədlərlə bağlı standart bir imtahanın verə bilmədiyi bir çox məlumatı verir. İş verənlər artıq uyğun namizədi müəyyənləşdirərkən müraciət edən insanların sosial mediadakı paylaşımlarını da diqqətlə izləyirlər. Bu baxımdan, sosial mediadakı paylaşımlarınız bir işi itirmənizə və ya qazanmağınıza səbəb ola bilər.
İş verənlərin, namizədləri dəyərləndirərkən ən çox istifadə etdikləri sosial media platformalarına və nazmizədlərlə bağlı məlumat toplayarkən ən çox hansı özəlliklərə üstünlük verdiklərinə diqqət edək:
Ən təsirli sosial şəbəkələrİş verənlərin namizədlər arasında seçim edərkən, məlumat almaq üçün ən çox müraciət etdikləri sosial şəbəkə Linkedindir. Araşdırmaların birində iş verənlərin 79%-i imtahan zamanı Linkedin istifadə etdiyini söyləyir. Linkedinin digərlərindən fərqi, namizədlərin araşdırılması, namizədlər haqqında məlumat toplanılması və namizədlə təmasa keçilməsi kimi özəlliklərinin olmasıdır.
İkinci sırada isə Facebookdur. Facebook, daha çox şəxsin imici və fərdi özəlliklərini dəyərləndirmək üçün istifadə edilir.
Twitter bu anlamda ən az istifadə olunan sosial media olaraq, namizəd haqqında sadəcə ümumi bir fikir formalaşdırır.
İxtisasSosial media hesablarınızla əvvəlki iş təcrübəniz və ya ixtisasınızla bağlı paylaşımlar etməyiniz professional imicinizi dəstəkləyir.
YardımsevərlikDəstək verdiyiniz könüllü fəaliyyətlər və ya ianələrlə bağlı sosial hesablarınızda paylaşımlar etməyiniz, iş verənin gözündə şəxsi imicinizə müsbət baxımdan təsir edə bilər.
Uyğunsuz paylaşımlarSiqaret, alkoqol və ya narkotiklə bağlı müsbət paylaşımlar etməniz imicinizə mənfi anlamda təsir göstərən amillər arasında ilk yerdədir.
ƏdəbsizlikÖzünüzün və ya başqa bir ədəbsizin şəkillərini paylaşmağınız, ya da şəxsi həyatla bağlı həddən çox məlumatın paylaşımı, imicinizi zədələyən digər vacib xüsusiyyətlərdən biridir.
ŞiddətSilahlar və ya hər hansısa bir mövzuda şiddəti dəstəkləyən paylaşımlar etməyiniz, işə götürənlərdə mənfi təəssürat yaradan özəlliklərdən biridir.
Texnobaz.com
Şərhlər