Xəbər lenti

Sosial şəbəkələrdə məxfiliyi qorumağın 5 yolu
Texnologiya 20:30 03.04.2018

Sosial şəbəkələrdə məxfiliyi qorumağın 5 yolu

Ötən günlər ərzində Facebookda Cambridge Analytica şirkətilə bağlı qalmaqal şəxsi məlumatların toplanılması və icazəsiz istifadəsi ətrafında qızğın müzakirələrə təkan verib.

Məlumata görə, Cambridge Analytica şirkəti ABŞ seçicilərini ünvanlı siyasi reklamla hədəfləməyə imkan verən sistemin yaradılması üçün 50 milyonadək Facebook istifadəçisinin şəxsi məlumatından istifadə edib.

Google və Facebook-un şəxsi məlumatlar topladığı yəqin ki, sirr deyil. Lakin onların istifadəsinin miqyası naməlum qalır.

Biz onlayn məlumatın nəzərdən keçirilməsi və istifadə olunmamış şəxsi informasiyanın silinməsi barədə Berlində mənzillənən Tactical Tech rəqəmsəl təhlükəsizlik şirkətilə söhbət etdik.

1. Facebook profilinizi təmizləyin

Facebook, fotolar, göndərdiyiniz və aldığınız messajlar da daxil bütün məlumatlarınıza giriş verir.

Nüsxənizi almaq üçün: General Account Settings-ə gedib "Download a copy of your Facebook data" klikləyin və məlumatlar sizə göndəriləcək.

Orada ikən "Apps"-lara nəzər salıb haqqınızda məlumat saxlayanları silin.

Bundan əlavə, bəyənmədiyiniz bütün şəkillərdən öz adınızı "un-tag" edə bilərsiniz.

Profil səhifənizdə View Activity Log-a daxil olub həmin şəkil və postları görə və silmək istədiklərinizi seçə bilərsiniz.


2. Yaxşı Google, haqqımda nə qədər bilirsən?

Çox güman ki, gün ərzində Google-un ən az bir məhsulundan yararlanırsınız.

Və bu şirkət sizi hər kəsdən daha yaxşı tanıyır.

Hesabınıza daxil olun, loqonuza klikləyin və Privacy checkup (Məxfilik Müayinəsi) səhifəsində məlumlatlarınıza nəzər salın.

Üçüncü etap - Personalise your Google experience (Google təcrübənizi Özəlləşdirin) idarəni sizə həvalə edir. Bu sizə gələcəkdə paylaşılan məlumatlarınızı məhdudlaşdırmaq imkanı verir.

Tətbiqetmə proqramlarının idarə gücünü də limitləmək mümkündür.

Google-da olan məlumatlarınızı görmək üçün bu linki izləyin: google.com/takeout

3.Gəlin, məkan məlumatından danışaq

Əgər smartfonunuz varsa, kimliyiniz, yaşadığınız yer və hara getdiyiniz barədə məlumatları üçüncü tərəf proqramlara ötürmək şansı yüksəkdir.

Məkan tarixinizə bu cür baxa bilərsiniz:

Android: Google > Maps menu > Your timeline. Ətraflı məlumat üçün fərdi maddələri seçin.
iPhone: Settings > Privacy > Location Services > aşağı fırladıb System Services seçin > aşağı fırladıb Frequent/Significant Locations seçin. Ətraflı məlumat üçün fərdi maddələri seçin.
Telefonunuz və ya kompüter ekranı üçün bu səhifəyə baxın: https://www.google.com/maps/timeline?pbb

Bu və ya digər üçüncü tərəf applikasiyaların sizi izləməsini istəmirsinizsə:

Android: Settings > Apps > App permissions > Location
iPhone: Settings > Privacy > Location Services > mövqe girişini applikasiyalara uyğun kökləyin

4. Gizli axtarış sistemindən istifadə etməyə çalışın

İnternet üzərindən bazarlıq etdiyiniz səhifə və hər gördüyünüz səhifədəki məhsulları xatırlayırsınızmı?

Bunlar üçüncü tərəf şirkətlərin sahibi olduğu izləyiciləridir.

Onlar səhnə arxasında oturub, genişmiqyaslı məlumat toplamaqla məşğuldurlar. Buraya bizim axtarışlarımız, daxil olduğumuz səhifələr və IP ünvanımız (həm də mövqe məlumatını verir) da daxildir.

Təəssüf ki, heç bir axtarış sistemində cari olaraq gizlilik qorunmur. Yəni, bir çoxu cookie-lər və axtarış tarixini, internet məlumatları və digər məlumatları saxlayır və paylaşır.

Lakin Google, Firefox və Safari-nin özəl və ya 'incognito' (gizli) axtarış rejimi seçimi var ki, axtarış sistemini bağladıqdan sonra, axtarış tarixi, cookie-lər, müvəqqəti fayllar və sairi avtomatik olaraq silinir.

Özünüz də yoxlaya bilərsiniz:

Axtarış sisteminizi açın (Firefox, Chrome, Chromium və ya Safari) və Menu > New Private/Incognito Window (axtarış sistemindən asılı olaraq) seçin
Gizli Axtarışı Firefox və ya Safari-də qoşmaq üçün:

Firefox: Menu > Preferences > Privacy > History: Firefox Will: Use custom settings for history seçin > Always use the private browsing mode tıklayın.
Safari: Safari-nin yuxarı barında > Preferences > General > Safari opens with: A new private window seçin.
5. Özünüzə sual edin: Bu qədər applikasiya sizə həqiqətən lazımdırmı?

Telefonunuzdakı tətbiqetmə proqramlarının sayını bilirsinizmi? Ürəyinizdə təxmini bir rəqəm tutun sonra telefonunuzu əlinizə alıb sayın. Gözlədiyinizdən çox çıxdımı? Hansıları silmək barədə qərar vermək çətin ola bilər, amma bu sualları oxumaq bəlkə də dadınıza çatar:

- Ona həqiqətən ehtiyacınız varmı?
- Axırıncı dəfə nə vaxt istifadə etmisiniz?
- Haqqınızda hansı məlumatı toplaya bilər?
- Proqramı idarə edənlər kimdir?
- Onlara etibar edirsinizmi?
- Onların gizlilik siyasətindən xəbərdarsınızmı?
- Bu qədər məlumat ötürməyin müqabilində nə qazanırsınız?
- Ola bilsin ki, indi bəzilərini silməyə əliniz gələr.
 
Mənbə: BBC Azərbaycanca

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->