Xəbər lenti

Sosial yardım problemi: Ailə necə dolansın?
Ekonomiks 12:12 13.12.2023

Sosial yardım problemi: Ailə necə dolansın?

"Ailə başçısı işləyən, lakin çox kasıb olan ailələrə sosial yardımın verilməsi məhdudlaşdırılır".

Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli işləməyən ailələrin sosial yardım ala bilməməsi ilə bağlı məsələdən danışarkən deyib. 

Ekspert sosial yardımın bir fəlsəfəsi olduğunu qeyd edib:



"Həmin fəlsəfədən çıxış edərək, qanunu tətbiq edirlər və orada şərtlər qoyulur. Ailə başçısı işləməyən ailəyə işsizliyə görə vəsait verilir. Bunun  adı sosial yardımıdr. Burada fəlsəfə ondan ibarətdir ki, ailə başçısı işləyən ailələrin maaşlarını ehtiyaclarına çatışmayan hissəsi kompensasiya edilsin. Məsələn, bir ailədə kişi işləyir və 500 manat alır. Öhdəsində iki uşaq və həyat yoldaşı var. Ona görə də hər bir ailə üzvünə 176 manat hesablayırlar və 4 nəfərə verilir. Bu da 500 manatdan çox edir. Uşaqlı ailələrdə 8 yaşına qədər uşağı olan ana işləməyə bilər. Ana işləmirsə, ona sosial yardım verilir. Amma həyat yoldaşı mütləq işləməlidir.  Burada işləyən və işləməyən məsələsi haçalanır". 

Ekspert Avropa ölkələrində isə hər bir işləməyən əhaliyə minimum ehtiyac səbətinin dəyəri qədər vəsait verildiyini bildirib:

"Bəzi ölkələr var ki, həftəlik ərzaq verilir. Məsələn,  Almaniyada. Hətta Almaniyaya sığınan qaçqınlara da belə yardım verirlər".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->