Siyasət 15:30 27.02.2021

Şoyqu Arutyunyanla Qarabağı müzakirə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

"Danışıqlar zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının tapşırıqları yerinə yetirməsi vəziyyəti, qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib”, məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 25-də də hər iki nazir arasında oxşar mövzuda telefon danışığı olub.