"Sizə təşəkkür edirəm ki, bizimlə görüşmək, bir qismi təcili, əksəriyyəti aktual, ümdə olan məsələlərin müzakirə edilməsi üçün vaxt tapmısınız. Zaman dinamik hərəkət edir, sürətlə keçir”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu deyib.
"Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.
Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq”, nazir əlavə edib.
Şərhlər