Dünya 20:32 28.07.2018

Bank soymaq istəyənlər tutuldu

Özbəkistan Təhlükəsizlik Servisinin Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində beynəlxalq bank soyğunçularından ibarət qruplaşmanın üzvləri tutulub.

Qaynarinfo xəbər verir ki, Ukrayna əsilli fərqli ölkə vətəndaşlarından ibarət cinayətkar qrupa 43 yaşlı ABŞ vətəndaşı Aleks Stavko rəhbərlik edir. Cinayətkarlar Daşkənddə banklardan birini soymaq üçün hazırlıq görərkən tutulub. Vyaçeslev Şermet həmin bankda kassa kirayələyib və hər gün kassasını yoxlamaq məqsədilə ora gələrək 140 digital kassanın açarını videoya çəkib. Vladislav Buts Qırğızıstan gətirilən xüsusi alət ilə bu açarları hazırlayıb. Aleks Stavko və Oleq Dubrovski isə soyğun hazırlığından sonra ölkəni tərk edib. 

Əməliyyat nəticəsində Vladislav Buts və Vyaçeslev Şermet həbs edilib. Qruplaşmanın digər üzvlərini tutmaq üçün əməliyyat davam etdirilir.

Gülşən