Sağlamlıq 15:19 13.04.2019

Sperma bankının rəhbəri 49 uşağın atası çıxdı

Hollandiyada sperma bankının rəhbərinin doğulan 49 uşağın bioloji atası olduğu müəyyənləşib.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, Yan Karbaat adlı şəxs müraciət edənlərə seçdikləri donorların yox, öz spermasını verib. Hollandiya məhkəməsi DNT analizi ilə bu faktı sübuta yetirib. 

Məsələ, doğulan uşaqlarla donorlar arasında oxşarlığın olmamasına görə gündəmə gətirilmişdi.

Qeyd edək ki, hadisənin baş verdiyi klinika 2009-cu ildə fəaliyyətini dayandırıb, Yan Karbaat isə 2 il əvvəl 89 yaşında vəfat edib. 

Gülşən