Müğənni Mel Si Avstraliyada model Kris Dinqvolla evlənib
Britaniyalı müğənni Melani Çisolm (Mel Si) "Spice Girls" qrupunun ailə quran son üzvü olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Vogue" nəşri məlumat yayıb.
Qrupun keçmiş üzvü və dizayner Viktoriya Bekhemin sözlərinə görə, toy mərasimi Avstraliyada keçirilib. 52 yaşlı sənətçi Kris Dinqvoll ilə ölkənin ən böyük şəhəri Sidneydə nikaha daxil olub.
"Mən Melani ilə şam yeməyində idim və ondan planlarının nə olduğunu soruşdum. O isə sanki adi bir xəbər kimi iki gün sonra Avstraliyaya gedəcəyini və evlənəcəyini dedi", deyə Bekhem xatırlayıb.
Toy mərasimi üçün Bekhem rəfiqəsinə öz krujevalı, nazik çiyin qayışlı gəlinliyini verib. Səbəb isə Mel Si üçün xüsusi tikilmiş gəlinliyin ona uyğun gəlməməsi və onu yenidən tikmək üçün vaxtın olmaması olub.
İyulun 18-də İngiltərədə keçirilən daha geniş toy mərasimi üçün isə Viktoriya Bekhem Mel Si üçün oxşar üslubda yeni gəlinlik hazırlayıb. Tədbirdə "Spice Girls" qrupunun digər üzvləri Cerri Horner, Melani Braun və Emma Banton da iştirak ediblər.
Melani Çisolm Kris Dinqvolla tanışlıq tətbiqlərindən biri vasitəsilə tanış olub. Onlar ilk dəfə 2023-cü ilin noyabrında görüşüblər. Bundan sonra Mel Si heç vaxt evlənməyəcəyinə dair əvvəlki qərarını dəyişərək evlilik təklifini qəbul edib.
Aydın
Şərhlər