Xəbər lenti

Ekonomiks 10:20 28.04.2022

"Sputnik Ermənistan": Xankəndi-Gorus yolunun tikintisi necə gedir? (VİDEO)

Xankəndini Gorusla birləşdirən alternativ yolun tikintisi necə gedir və bu işi kim görür? Bu suallara cavab almaq üçün "Sputnik Ermənistan”ın çəkiliş qrupu bu yaxınlarda Qarabağa gedib və orada nə baş verdiyini görməyə çalışıb.

Qaynarinfo xəbər verir ki, bu haqda "Sputnik Ermənistan”ın materialında deyilir.

Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın altıncı bəndində qeyd olunur ki, Dağlıq Qarabağ və Ermənistan arasında rabitəni təmin etmək üçün növbəti yaxın üç il ərzində Laçın dəhlizi ilə yeni marşrut çəkilməlidir, bundan sonra Rusiya sülhməramlı kontingenti bu yolu qorumaq üçün yerləşdiriləcək.

Sənəddə göstərilən üç il 2023-cü ilin noyabrında başa çatır. Bu arada Azərbaycan Dağlıq Qarabağın Laçın rayonu ərazisində Laçın şəhərindən yan keçmək üçün yol çəkməyə tələsir. Azərbaycan layihəsinə əsasən, Ermənistanın Sünik rayonundakı yol Kornidzor kəndindən başlayacaq və Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçərək Turşsu kəndi yaxınlığındakı mövcud yola qovuşacaq. Hazırda Azərbaycan tərəfinin yol inşaatçıları Qarabağın Kiçik Qaladərəsi kəndi ərazisində işləyirlər.

Biz orada həm azərbaycanlı işçilərlə, həm də yerli sakinlərlə söhbət etdik. Məlum olub ki, işlərə Ermənistan tərəfi nəzarət etmir, bircə dənə də olsun erməni məmuru onlarla maraqlanmır. Dağlıq Qarabağ sakinlərinə tikintinin gedişi barədə məlumat verilmir. Qarabağ ərazisində geodeziya və layihələndirmə işləri yalnız Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən həyata keçirilir.

Sputnik Ermənistan-ın köşə yazarı Nairi Ohikyan da Laçının Azərbaycanın nəzarətinə keçən hissəsində olub və mümkün qədər yaxınlaşaraq Kornidzor kəndi yaxınlığında tikilməkdə olan körpünü lentə alıb. Azərbaycanlıların fikrincə, bu, Ermənistan və Azərbaycan avtomobilləri üçün qovşaq rolunu oynayacaq. Körpünün üstündən Ermənistan, altından isə Azərbaycan nəqliyyatı keçəcək.

Burada da Ermənistandan və Qarabağdan olan erməni məmurlar layihə və tikinti işlərinə qarışmırlar.

Bu arada Azərbaycan tərəfinin yaydığı məlumata görə, 2022-ci ilin iyul ayına qədər işləri başa çatdıraraq yolu istifadəyə verməyi planlaşdırırlar.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->