Xəbər lenti

Siyasət 10:50 24.02.2025

"Sputnik"in nümayəndəliyi və "Amerikanın səsi"nin müxbir akkreditasiyası ləğv edildi

"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ayxan Hacızadə həmçinin bildirib ki, "Amerikanın səsi" radiosunun müxbir akkreditasiyası ləğv edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->