Dünya 16:33 01.02.2019

ÜST: Düşərgələrdə uşaqlar donaraq ölür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada yerləşən Əl Hol miqrant düşərgəsindəki vəziyyətlə bağlı məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, hesabatda son 8 həftədə 29 uşaq və körpənin soyuqdan donaraq həyatını itirdiyi bildirilir. Silahlı qarşıdurmalardan qaçan, əksəriyyəti qadın və uşaqlardan ibarət qrup günlərlə yeriyərək düşərgəyə çatıb, ölüm hadisələri bu dövrdə baş verib. Həmin qrupun bürokratiya səbəbilə Əl Hola daxil olması gecikir. On minlərlə insan çadırsız, ədyalsız, qızdırıcısız sağ qalmağa çalışır.

Gülşən