Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsi üçün nəzərdə tutulan hidroksixloroxin və xloroxinin sınaqlarını müvəqqəti olaraq dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə bildirib.
"İcra qrupu həmrəylik sınaqları çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı. Bununla yanaşı, dərmanlar autoimun və malyariya xəstələri üçün etibarlı sayılmaqda davam edir", - baş direktor qeyd edib. (Trend)
Şərhlər