Xəbər lenti

ÜST koronavirusun mutasiyasının davam edəcəyindən əmindir
Sağlamlıq 23:52 28.12.2020

ÜST koronavirusun mutasiyasının davam edəcəyindən əmindir

Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib.

Ekspert bildirib: "Mutasiya davam edəcək. Mutasiya - təbii prosesdir. Virusun özünə xüsusi olaraq təsir etmir, ancaq bu variantları, o cümlədən yoluxdurma potensialı nöqteyi-nəzərindən araşdırmağa davam etməliyik".

Onun sözlərinə görə, ÜST vəziyyəti yaxından izləməyə və dünyadakı mutasiyaları izləyən alimlərlə işləməyə davam edir. Təşkilatın koronavirusun yeni variantlarını öyrənən mütəxəssis qrupları var: "Onların işlərinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->