Dünya 10:30 05.08.2020

ÜST rəhbərindən koronavirusla bağlı pis xəbər

"Hamımız infeksiyaların qarşısını ala biləcək bir neçə peyvəndə sahib olmağı ümid edirik. Amma heç vaxt tapılmama ehtimalı da var".

Qaynarinfo xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O, dünya əhalisini sosial məsafə başda olmaqla digər vacib tədbirlərə riayət etməyə, əlləri yumaq, eyni zamanda maska taxmağa davam etməyə çağırıb.

Qeyd edək ki, qlobal miqyasda COVİD-19 diaqnozu qoyulanların sayı 18 milyona çatıb, ölənlərin sayı isə 700 minə yaxındır.