Xəbər lenti

Stalinin itən xəzinəsi tapıldı: qızıl kitablar, 8 kiloqramlıq külçələr...
Foto 12:22 20.01.2019

Stalinin itən xəzinəsi tapıldı: qızıl kitablar, 8 kiloqramlıq külçələr...

Özbəkistanın paytaxtı Daşkənddə tarixi binalardan birinin zirzəmisində Stalinin 80-ci illərdə itən dəyərli əşyaları tapılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Özbəkistan Milli Universitetinin alimləri 1918-ci il Daşkənddəki şahzadə Romanov sarayına, Stalin rejiminin qurbanı olan Rusiya Ordusunun general-mayoru Jurabekə, həmçinin Avropadan və Sank-Peterburqdan gələn miqrantlara aid əşyaları üzə çıxarıblar.

Tapılan əşyalar arasında 19-cu əsrə aid Avstriya mikroskopu, müxtəlif sikkələr, 8 kiloqramlıq qızıl külçələr, 18-19-cu əsrlərə aid İmperator Sarayı dövründən qalma qızıl kitablar və təxminən 150 min dollar dəyərində 4 ədəd Amerika quşları haqqında nadir kitab var. Həmçinin Özbək Xaqanlığı dövrünə aid sənədlər və əlyazmalar da tapılıb.

Tapılan xəzinənin dəyərinin 1 milyon dollardan çox olduğu ehtimal edilir. Tapılan əşyalar dövlət tərəfindən qorunacaq.

Bu əşyaların Mərkəzi Asiya Univesitetinin (hazırda Özbəkistan Milli Universiteti) təsisçilərindən biri olmuş böyük rus və sovet alimi Nikolay Dimonun təşəbbüsü ilə Mərkəzi Asiyaya gətirildiyi bildirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->