Xəbər lenti

Dünya 12:56 13.01.2022

Stoltenberq Rusiya-NATO Şurası iclasının nəticələri haqda məlumat verdi

NATO-nun baş katibi Yens Stoltenberq Aİ müdafiə nazirlərinə Rusiya-NATO Şurasının iclasının yekunları barədə danışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, qeyri-rəsmi görüş zamanı Avropa ölkələrinin nümayəndələri BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakroa və NATO-nun baş katibi ilə Aİ missiyasına özəl subyektlərin müdaxiləsini müzakirə ediblər.

Xatırladaq ki, bundan əvvəl NATO Rusiyaya Ukraynanın alyansa qoşulmayacağına dair zəmanət verməkdən imtina etmişdi. Stoltenberq aydınlaşdırıb ki, bu məsələ sırf Kiyevlə blokun qalan üzvləri arasında həll oluna bilər.

Bundan əvvəl NATO-nun Brüsseldəki mənzil-qərargahında Rusiya-NATO Şurasının iclası keçirilib. İclas dörd saatdan çox davam edib. Danışıqlarda tərəflər Moskvanın əvvəllər təklif etdiyi təhlükəsizlik təminatlarını müzakirə ediblər.

Sənəd alyansın şərq istiqamətində daha da genişlənməsinin istisna edilməsi, əvvəllər SSRİ-nin tərkibində olmuş ölkələrin ərazisində hərbi bazaların yaradılmasından imtina, habelə hazırlıq və ya bir-birinə silahlı hücum halında üçüncü ölkələrin ərazisindən istifadədən imtina kimi mövzulara toxunur. 
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->