Xəbər lenti

Suda boğulmaq təhlükəsi ilə üzləşənlərə belə yardım edilməlidir
Sağlamlıq 22:00 17.08.2019

Suda boğulmaq təhlükəsi ilə üzləşənlərə belə yardım edilməlidir

Çimərlik mövsümünün qızğın vaxtında təəssüf ki, dənizdə boğulmaların da sayı dayanmadan artır. Suda boğulan insanların həyatını xilas etmək üçün isə hər saniyə önəm daşıyır. Bir həyatı saniyələrə qurban verməmək üçün ilk tibbi yardımı qaydalarını hamı bilməlidir.

Qaynarinfo e-tibb.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-damar Mərkəzi məlumat açıqlayıb.

Məlumatda qeyd olunub ki, suda boğulmaq təhlükəsi ilə üzləşən şəxsin nəbzi var, amma nəfəs almırsa, süni tənəffüs ilə şəxsin nəfəs almağını təmin etmək lazımdır.

Həmin şəxs nəfəs almır və nəbzi döyünmürsə, dəqiqədə 100 dəfə ürək masajı etmək lazımdır. Hər 30 masajdan sonra isə süni tənəffüs vermək vacibdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->