Dünya 16:27 11.04.2019

Sudan prezidenti həbs edildi, hərbi rejim elan olundu (RƏSMİ)

Sudan prezidenti Ömər Əl Bəşir həbs edilib.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, müdafiə nazirinin dövlət televiziyasına verdiyi məlumata görə, prezident Ömər Əl Bəşir hakimiyyətdən uzaqlaşdırılıb və həbs edilib. Ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Növbəti 2 il ərzində Sudan hərbi rejim tərəfindən idarə ediləcək.
 
Qeyd edək ki, səhər saatlarında Sudan ordusu dövlət televiziyasını ələ keçirmiş, daha sonra isə Bəşirin istefa xəbəri yayılmışdı.

Gülşən