Dünya 11:44 03.06.2019

Sudanda nümayişçilərə silahlı müdaxilə

Sudan ordusu paytaxt Xartumda demokratiya növbəsində duran əhaliyə müdaxilə edib.

Qaynarinfo xəbər verir ki, Sudan Həkimlər Komitəsinin məlumatına görə, hərbçilərin atəşi nəticəsində 8 nəfər ölüb, azı 60 nəfər xəsarət alıb. 

Qeyd edək ki, Sudanda aprel ayında prezident Ömər Əl Bəşir hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb. Ölkə əhalisi isə hazırda Sudana rəhbərlik edən hərbi rejimə qarşı nümayişlərə davam edirlər.

Gülşən