Dünya 10:08 24.03.2019

Sulavesi adasında növbəti güclü zəlzələ

İndoneziyanın Sulavesi adasında növbəti güclü zəlzələ müşahidə edilib.

Qaynarinfo Channel News Asia-ya istinadən xəbər verir ki, təkan Palu şəhərinin 129 km cənub-şərqində, yerin 10 km dərinliyində qeydə alınıb. İlkin məlumatda təbiət hadisəsinin şiddəti 5,8 bal göstərilmişdi.

Qeyd edək ki, ötən il Sulavesi adasında baş vermiş 7,5 bal gücündə zəlzələ 2 mindən çox insanın həyatına son qoymuşdu.

Gülşən