Xəbər lenti

Ölkə 21:26 29.05.2021

Sülhməramlılar Ermənistan-Azərbaycan sərhədinə gəldi

Rusiya sülhməramlılarının nümayəndələri Ermənistan-Azərbaycan sərhədinə gəliblər. Rusiya hərbçiləri Vardenis rayonunun Kut kəndindədirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Sputink-Armenia-ya kəndin icra nümayəndəsi Sima Çityan bildirib.

"Onlar Rusiya bayrağı ilə mövqelərə qalxdılar. Bizimlə danışmadılar. Sonradan yerli sakinlər bildirdilər ki, onlar sülhməramlılar olub. Onlarla birgə əllərində xəritələr yerli üzünüidarə orqanlarının nümayəndələri olub”.


Çityan deyib ki, sərhədlər bağlı erməni-azərbaycanlı danışıqları davam edir. Son iki gündə vəziyyət sakitdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->