Siyasət 14:37 05.05.2021

Sülhməramlıların rotasiyası: Tək Rüstəm Muradov deyil... - Hərbi ekspert

"Tək Rüstəm Muradovun deyil, həmçinin orada olan digər hərbi qulluqçuların da dəyişdirilməsi mümkündür”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Ekspert Rüstəm Muradovun 6 ayın tamamında dəyişməsini normal bir proses hesab edir:

"Ölkə xaricində yerləşən kontingentin sülhməramlı və digər funksiyaları yerinə yetirməsindən asılı olmayaraq bəlli bir zaman kəsiyində adətən 6 aydan bir rotasiyası həyata keçirilir. Bunun Rusiyada da 6 aydan bir həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər. Ermənistanın "Joğovurd” qəzetinin məlumatına görə, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.

Bahar Rüstəmli