Xəbər lenti

Sumqayıtda 22 minlik “Prius” dələduzluğu
Ölkə 18:54 07.03.2025

Sumqayıtda 22 minlik “Prius” dələduzluğu

Xaricdən "Prius” markalı avtomobil gətirəcəyi adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, S.R. Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunub. O, bu maddə üzrə təqsirli bilinərək 11 ay müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilib.

İş materiallarından aydın olur ki, S.R. "Prius” gətirəcəyini vəd etdiyi vətəndaşdan 22 500 manat pul alıb. Sonradan onun 18 000 manatını gerib qaytarıb. Yerdə qalan pulu qaytarmadığına görə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. 
Hadisə Sumqayıt şəhərində baş verib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->