Xəbər lenti

Sumqayıtda 30-dan çox evin işığı kəsildi
Ölkə 20:00 23.05.2018

Sumqayıtda 30-dan çox evin işığı kəsildi

Sumqayıt şəhəri Asfalt zavod ərazisində (147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin arxasında) yerləşən fərdi yaşayış evlərinin 30-dan artıq sakinlərinin "Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq enerji təchizatı dayandırılıb.

”Azərişıq” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, adıçəkilən ərazidə məskunlaşmış sakinlər 147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin transformatorundan öz fərdi evlərinə qanunsuz olaraq elektrik xətləri çəkib, elektrik enrjisi təchizatı İdarəsində qeydiyyata düşməyib, bu günə qədər istehlak olunmuş enerji sərfinin dəyərini ödəməyiblər. ”Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi və əməkdaşlarının dəfələrlə xəbərdarlıqlarına məhəl qoymayaraq elektrik enerjisi təchizatlarını qanunsuz bərpa ediblər.

Qurum bildirir ki, qüvvədə olan qanuna əsasən fərdi yaşayış evlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi yalnız "ASAN” xidmət və "ASAN” kommunal mərkəzləri tərəfindən təmin olunur. Texniki şərt alınmadan özbaşına elektrik şəbəkəsinə qoşulması qanuna görə müvafiq məsuliyyətə səbəb olur. Qanunun tələbinə əməl edən hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchizatı "Azərişıq” ASC tərəfindən təmin olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->