Xəbər lenti

Sumqayıtda keçirilən virtual sorğunun qalibi hansı tibb klinikası oldu? (NƏTİCƏLƏR)
Sağlamlıq 14:02 11.12.2017

Sumqayıtda keçirilən virtual sorğunun qalibi hansı tibb klinikası oldu? (NƏTİCƏLƏR)

Xeberle.com Sumqayıtda mütəmadi olaraq müxtəlif sorğular keçirir. Bu dəfəki virtual sorğumuz isə özəl səhiyyə-tibb şirkətləri ilə bağlı olub. 

Respondentlərə "Sumqayıtda hansı özəl tibb klinikasına daha çox etibar edirsiniz?" sualı ilə müraciət edilib. Noyabrın 25-dən start verilən sorğu dekabrın 10-da yekunlaşıb. 

Virtual sorğuda ümumi olaraq 7607 respondent iştirak edib.

Nəticələrə görə respondentlərin daha çox etibar etdiyi tibb müəssisəsi "Doktoraz" klinikası olub. Belə ki, sorğuda iştirak edənlərin 3057 nəfəri, yəni 40,19 faizi sözügedən klinikaya daha çox etibar etdiyini bildirib.

"Biololoji Təbabət" klinikası isə respondentlərin 29,75 faizinin səsini toplayıb, yəni 2263 nəfərin etibar etdiyi tibb müəssisəsi olub.

İlk üçlüyü isə 1013 səslə, yəni 13,32 faizlə "Qəlb" klinikası tamamlayıb.

Digər nəticələr isə aşağıdakı kimidir.

"Real" - 431 (5,67%)

"İntermed" - 351 (4,61%)

"Unikal" - 151 (1,99%)

"Sağlam ailə" - 87 (1,14%)

"Sumqayıt Diaqnostika Mərkəzi" - 83 (1,09%)

"Şəfqət" - 50 (0,66%)

"Liman" - 38 (0,5%)

"Mərkəz Diaqnostika" - 26 (0,34%)

"Digər" - 23 (0,3%)

"Bakı" - 19 (0,25%)

"Hippokrat" - 14 (0,18%)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->