Xəbər lenti

Video 19:45 27.07.2021

Sumqayıtda yataqxanada uçqun baş verib (VİDEO)

Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 16 saylı yataqxanada uçqun baş verib. 

Uçqun hadisəsi 16 saylı yataqxananın giriş hissəsində baş verib. Belə ki, istismar müddətini başa vurmuş avadanlıqların qopması nəticəsində bu ərazidə çökmə baş verib. 

Sakinlər bildirib ki, artıq burdan keçmək müşkül məsələyə çevrilib. 

Yataqxana sakinləri həm də deyib ki, burada ara-sıra uçqunlar baş verir. Amma budəfəki uçqun onları əməlli qorxuya salıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?