Xəbər lenti

Sumqayıtda baş verən zəlzələ ilə bağlı rəsmi açıqlama (YENİLƏNİB)
Ölkə 20:01 05.01.2018

Sumqayıtda baş verən zəlzələ ilə bağlı rəsmi açıqlama (YENİLƏNİB)

Zəlzələ Xəzərdə olub.
 
Qaynarinfo-nun Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda dənizdə qeydə alınıb. 
 
Zəlzələ dənizkənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.  

Qeyd edək ki, zəlzələni daha çox Sumqayıt sakinləri hiss ediblər.
*** 
Sumqayıt şəhərində zəlzələ olub. 
 
Qaynarinfo azxeber.com-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat verilib. Sumqayıt sakinləri təkanı hiss etdiklərini deyiblər.
 
Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->