Video 20:41 23.12.2018

Sunaminin konsert salonunu "udduğu" an (VİDEO)

İndoneziyanın Sumatra və Yava adaları arasındakı Sunda boğazında baş verən sunami bir konsert salonunda da fəlakətə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Tanyunq Lesunqda keçirilən "Seventeen" musiqi qurupunun konserti zamanı sunami bütün salonu dağıdıb. Həmin anlar kameraya saniyə-saniyə düşüb.

Salonda musiqi qurupunun baş gitaraçısı Bani və meneceri Oki ölüb. 

Qeyd edək ki, sunimi nəticəsində 222 nəfər ölüb, 843 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb.