Xəbər lenti

Süni günəş, mutasiyaya məruz qalmış insanlar, dəhşətli müharibələr... - Vanqanın kəhanətləri
Dünya 18:15 03.02.2019

Süni günəş, mutasiyaya məruz qalmış insanlar, dəhşətli müharibələr... - Vanqanın kəhanətləri

11 sentyabr hadisəsini, Rusiyanın Gürcüstana hücumu kimi bir çox hadisələri əvvəlcədən görmüş kahin Vanqa dünyanın sonu barədə də bir çox kəhanətlər irəli sürüb.

Qaynarinfo xarici KİV-ə istinadən onun gələcək üçün kəhanətlərinin bəzilərini sizlərə təqdim edir:

2033 - Qütblərdəki buzlar əridikcə yer kürəsində suyun səviyyəsi artacaq

2043 - Dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Müsəlmanlar Avropanın hakimi olacaq.

2046 - Bütün orqanlar yenidən hazırlanıb, çoxaldıla biləcək. Xəstəlik olan orqanın yerinə yenisinin transfer edilməsi ən çox istifadə olunan və ən sadə müalicə üsulu olacaq.

2066 - ABŞ müsəlmanların idarəçiliyində olan Romaya qarşı iqlim dəyişdirən silahdan istifadə edəcək. Bununn nəticəsində temperaturda ani yüksəlmə və düşmə müşahidə olunacaq.

2076 - Sinifsiz bir cəmiyyət vəd edən kommunizm dünyaya hakim olacaq.

2084 - təbiət yenidən canlanacaq

2088 - İnsanların saniyələr içərisində yaşlanmasına səbəb olacaq yeni xəstəlik üzə çıxacaq.

2097 - Sürətli yaşlanma xəstəliyinin müalicəsi tapılacaq.

2100 - Süni Günəş Dünyanın qaranlıq hissələrini işıqlandırmaqda istifadə olunacaq.

2111 - İnsanlar androidə bənzər yaşayan robotlara çevriləcək.

2123 - Kiçik ölkələr arasında müharibə olacaq. Böyük ölkələr bunun kənarında qalacaq.

2125 - Macarıstan kosmosdan siqnallar alacaq.

2130 - Yadplanetlilərin köməyi ilə yerin altında mədəniyyət qurulucaq.

2164 - Heyvanlar yarıinsana çevriləcək.

2167 - Yeni bir din yaranacaq.

2170 - Böyük bir quraqlıq yaşanacaq.

2183 - Marsdakı kaloniyalardan biri nüvə güc mərkəzinə çevriləcək və dünyadan ayrı müstəqil fəaliyyət göstərməyi tələb edəcək.

2187 - İki vulkan püskürməsinin qarşısı müvəffəqiyyətlə alınacaq.

2195 - Dəniz koloniyalarının enerji və qida problemi aradan qalxacaq.

2196 - Asiya və Avropa irqləri tamamilə bir-birinə qarışacaq.

2201 - Müharibə səbəbindən şimal yarımkürəsində meydana gələn radioaktiv qalıqları heyvan və bitki örtüyünün yox olmasına gətirib çıxaracaq. Nüvə müharibəsindən sağ çıxan avropalılar müsəlmanlar tərəfindən başladılan kimyəvi silah hücumu ilə qarşı-qarşıya qalacaq.

2211 - Günəşdəki termonüvə reaksiyalarının yavaşlaması səbəbindən havanın  temperaturu aşağı düşəcək.

2221 - Dünyadan kənarda yaşayış axtaran insanlar qorxunc şeylə qarşılaşacaqlar.

2256 - Kosmik gəmilərdən biri dünyaya yeni xəstəlik gətirəcək.

2262 - Planetlərin hərəkəti mərhələli şəkildə dəyişəcək.

2271 - Fizika qanunları dəyicək.

2273 - Ağ, qara və sarı irqlərin birləşməsindən tək bir melez irq yaranacaq.

2279 - heçdən enerji hazırlanacaq (böyük ehtimalla hava boşluğundan və ya qara dəlikdən)

2288 - Zamanda səyahət mümkün olacaq, yadplanetlilərlə əlaqə yaradılacaq.

2291 - Günəş daha da soyuyacaq və oun isitmək üçün süni müdaxilələr ediləcək.

2294 - Günəşdə güclü partlayışlar olacaq. Yerin cazibə qüvvəsi dəyişəcək. Köhnə kosmik stansiyalar və peyklər düşməyə başlayacaq.

2296 - Müharibədə istifadə olunan kimyəvi və nüvə silahları səbəbindən yer kürəsinin yarısı dəri xərçəngi ilə mübarizə aparacaq.

2299 - Fransada islama qarşı etirazlar baş qaldıracaq.

2302 - Kainatın önəmli qaunları və sirləri üzə çıxacaq.

2304 - Ayın sirri tapılacaq.

2341 - Qorxunc bir şey kosmopsdan yerə doğru yaxınlaşacaq.

2354 - Süni yaradılan günəşlərdən birində yaranan nasazlıq quraqlığa səbəb olacaq.

2371 - Bütün dünyada aclıq baş qaldıracaq.

2378 - Çox sürətlə böyüyən bir nəsil ortaya çıxacaq.

2380 - İnsanlar tərəfindən hazırlanmış iki süni günəş bir-biri ilə toqquşacaq və yer kürəsi qaranlığa qərq olacaq.

3005 - Marsda baş verəcək müharibə səbəbindən yerin oxu dəyişəcək.

3010 - Ay quyruqlu ulduzla toqquşacaq. Dünyanın ətrafı daş, toz və küllə örtüləcək.

3016 - Avropanın əhalisi tükənmə həddinə gələcək.

3797 - Bu il etibarilə Dünyadakı canlıların hamısı məhv olacaq, lakin insanların bir qismi yeni bir ulduz sistemində yaşayış qura biləcək qədər inkişaf etmiş olacaq.

3803 - Yeni planetdə əhalinin sayı yavaş-yavaş artacaq. İnsanlar arası əlaqə azalacaq. Yeni planetin iqlimi insanların orqanizmini dəyişdirəcək, insanlar mutasiyaya məruz qalacaq.

3805 - İnsanlar arasında təbii sərvətlər uğrunda müharibə başlayacaq və əhalinin yarısından çoxu öləcək.

3854 - Mədəniyyətin inkişafı demək olar ki, dayanacaq. İnsanlar sürü halındakı insanlar kimi yaşamağa başlayacaqlar.

3874 - Yeni peyğəmbər cəmiyyətin hər bir üzvünün dəstəyini alacaq və yeni din barədə danışacaq. İbadətgahlar yaradılacaq.

4304 - Bütün xəstəliklərin qarşısını ala biləcək üsul tapılacaq.

4308- mutasiyaya məruz qalmış insanlar beyinlərinin 34 faizini işlətmə qabiliyyətinə sahib olacaqlar. Pislik və nifrət hissi tamamilə yox olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->