Türkiyə Super Liqasında derbi həftələri müəyyənləşdi
Türkiyə Futbol Federasiyasının (TFF) Rivadakı qərargahında 2026/27 mövsümü üşün Super Liqanın təqvimi müəyyənləşdirilib.
Qaynarinfo xəbər verir ki, mövsümün ilk turunda çempion "Qalatasaray" debütant "Çorum"u qəbul edəcək.
"Fənərbağça" səfərdə "Gənclərbirliyi", "Beşiktaş" edə "Eyyubspor", "Trabzonspor" isə səfərdə "Kasımpaşa" ilə qarşılaşacaq.
İlk turda həmçinin "Qaziantep" - Alanyaspor", "Başakşəhər" - "Kocaelispor", "Amedspor" - "Ərzurumspor", "Konyaspor" - "Çaykur Rizəspor" və "Samsunspor" - Göztəpə" matçları baş tutacaq.
Müəyyənləşən təqvimə əsasən, derbi oyunları aşağıdakı turlarda baş tutacaq:
* 4-cü tur: "Fənərbağça" – "Beşiktaş"
* 6-cı tur: "Trabzonspor" – "Qalatasaray"
* 8-ci tur: "Trabzonspor" – "Beşiktaş"
* 9-cu tur: "Qalatasaray" – "Fənərbağça"
* 13-cü tur: "Beşiktaş" – "Qalatasaray"
* 15-ci tur: "Fənərbağça" – "Trabzonspor"
Aydın
Şərhlər