Foto 11:53 21.11.2017

Suriya vətəndaş müharibəsi üçün vacib an: Putin və Əsəd görüşdü (FOTOLAR)

Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədi Soçi şəhərində qəbul edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, iki ölkə lideri Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər. Putin "Suriya terrorizmlə mübarizəni yekunlaşdırmaq üzrədir. Astana konfransı məsələnin həlli üçün olduqca vacibdir. Bu ölkəni terrorla mübarizəsinə görə təbrik edirəm" deyib.

Putin həmçinin qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, İran prezidenti Həsən Ruhani ilə sabah bir araya gələcək. Rusiya prezidenti Qətər əmiri Şeyx Həməd İbin Xəlifə Əl Sani və ABŞ prezidenti Donald Trampla da görüşəcəyini bildirib və 23 noyabrda Səudiyyə Ərəbistanına gedəcəyini deyib. 

Qeyd edək ki, İran, Rusiya və Türkiyə Astana konfransında Suriyada atəşkəs bölgələri elan etmişdi. Bu, ölkədəki vətəndaş müharibəsinin yekunlaşması üçün ciddi addım hesab edilir. Tərəflər Soçi görüşündə məsələni yenidən gündəmə gətirəcəklər.

Gülşən
Qaynarinfo.Az