Dünya 17:54 01.02.2019

Suriyada 197 mülki vətəndaş qətlə yetirilib

2019-cu ilin ilk ayında Suriyada 197 mülki vətəndaş həyatını itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Şəbəkəsi məlumat yayıb. Yanvar ayında qətlə yetirilən mülki vətəndaşlardan 57-si uşaq, 27-si qadın olub. Bəşər Əsəd rejimi 44, Rusiya 9, ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası 37, İŞİD terror təşkilatı 13, qeyri-müəyyən qruplar 55, YPG/PKK 30, müxalif qruplar isə 9 mülki vətəndaşın ölümünə səbəb olub. 

Hesabatda qeyd olunub ki, 11 nəfər hökumət qüvvələri, 2 nəfər müxalif qruplar, 1 nəfər isə YPG/PKK-nın işgəncəsi nəticəsində həyatını itirib.

Gülşən