Suriyada keçid hökuməti yeni media iş standartları tətbiq edir və Əsəd rejimi altında onilliklər boyu total nəzarətdən sonra ölkədə söz və ifadə azadlığı vəd edir.
Qaynarinfo "Hurriyet Daily News"a istinadən xəbər verir ki, bu barədə ölkənin keçid hökumətindəki Suriyanın informasiya naziri Məhəmməd əl-Ömər AFP-yə müsahibəsində bildirib.
"Biz keçmiş Bəşər Əsəd hökumətinin nəzarətində olan ərazilərdə ciddi şəkildə məhdudlaşdırılan mətbuat və ifadə azadlığını möhkəmləndirməyə çalışırıq", deyə Məhəmməd əl-Ömər bildirib.
Suriyanın hakim Baas Partiyası və Əsəd ailəsi sülaləsinin gündəlik həyatın bütün sahələrini, o cümlədən mətbuat və ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırdığı, KİV-in güc aləti olduğu bildirilib.
"Senzura tətbiq edən bir rejimdə mətbuat və fikir azadlığına ciddi məhdudiyyətlər var idi. Gələcəkdə azad, obyektiv və peşəkar media mənzərəsinin yenidən qurulması üzərində işləyirik. Biz eyni şəkildə davam etmək, yəni imic cilalamaq olan rəsmi KİV-in üzərində hakim gücüb olmasını istəmirik", deyə əl-Ömər vurğulayıb.
Nazir artıq onlarla suriyalı jurnalistlə görüşərək gələcək işləri və yeni iş standartlarına keçidi müzakirə edib.
Aydın
Şərhlər