Dünya 14:24 23.12.2018

Sürücü ünvanı səhv saldı, bir konteyner kokain ələ keçirildi

Belçikanın Antverpen şəhərinin Merksem qəsəbəsində kokainlə dolu yük maşını ələ keçirilib.

Qaynarinfo xəbər verir ki, sürücü ünvanı səhv salaraq Bredabaan küçəsində yerləşən inşaat şirkətinə avtomobil hissələri ilə dolu yük maşınını təhvil verib.
 
Belə bir sifariş vermədiklərini deyən şirkət polisi məlumatlandırıb. Axtarış zamanı yük maşının gizli yerlərində bir konteyner kokain tapılıb. Narkotik maddənin yaxınlıqdakı ünvanda yaşayan Fuad Y. adlı şəxsə aid olduğu müəyyənləşib.

Gülşən