Şuşa bəyannaməsi bu tarixi binanın dağıntıları fonunda imzalanıb

Şuşa bəyannaməsi bu tarixi binanın dağıntıları fonunda imzalanıb

Dünən Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada bəyannamə imzaladığı yerin arxa fonundakı dağıntılar diqqət çəkib.

Tarixi Şuşa bəyannaməsinin imzalanması üçün tədbirin keçiriləcəyi yer xüsusi olaraq seçilib və arxa fonda erməni vəhşiliyinin nümunəsi olan dağıdılmış tikili nümayiş etdirilib. Əldə etdiyimiz məlumata görə, həmin bina Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın evi olub.

Bütün dünyanın gözünün Şuşada olduğu bir məqamda hər kəs erməni hərbi-siyasi rəhbərliyinin işğal altında saxladığı əraziləri 30 il ərzində necə xarabalığa çevirdiyinin bir daha şahidi olub.

Elə dünən Şuşaya səfər edərkən də Füzuli rayonu ərazisində İlham Əliyev həmin rayondakı dağıntılar barədə türkiyəli həmkarına məlumat verərək orada şəkil çəkdirməyi təklif etmişdi. R. T. Ərdoğan və Azərbaycan Prezidenti erməni vandalizmi və vəhşiliyinin sübutlarından biri olan Füzuli xarabalığı önündə foto çəkdiriblər və bu şəkil geniş yayılıb.

İlham Əliyev mayın 12-də də Şuşaya səfər edərkən Xan qızı Natəvanın sarayına baxış keçirmişdi. Həmin zaman dövlət başçısına məlumat verilmişdi ki, Natəvanın evi də işğal dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlayıb. İşğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılıb. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək. /"Qafqazinfo” 
 

X
XƏBƏRLƏR
BLOGLAR