Siyasət 16:32 15.06.2021

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirildi (YENİLƏNİB)

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Qaynarinfo-nun xəbərinə görə, sənədlərin imzalanma mərasimindən sonra dövlət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.

16.15
 
Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir.

Qaynarinfo xəbər verir ki, görüşdən sonra sənədlərin imzalanma mərasimi və dövlət başçılarının mətbuata bəyanatı olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.