Xəbər lenti

Söyün Sadıqovdan Saakaşvilyə ŞOK cavab
Siyasət 10:50 02.03.2013

Söyün Sadıqovdan Saakaşvilyə ŞOK cavab


“Azerros”un sabiq prezidenti, Moskvadakı “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Gürcüstan prezidenti Mixail Saakaşvilnin onun Azərbaycanda dövlət çevrilişi hazırlaması barədə ittihamını sərt formada cavablandırıb.

Gürcüstanın “Rustavi 2” telekanlına müsahibəsində “Milyarderlər İttifaqının” üzvü olan S.Sadıqov bəyan edib ki, heç vaxt regionda separatizmi dəstəkləməyib.

“Təxribatlara uymayın. Saakaşvili hakimiyyəti itirməkdədir və bilmir ki, nufuzunu necə saxlasın. Əgər onun beyni olsaydı, Rusiya ilə ümumi dil tapardı. Əgər Rusiya olmasaydı, Gürcüstan bir dövlət kimi olmayacaqdı. Bunu unutmaq lazım deyil. Gürcülər Rusiyada pul qazanır və pullarla gürcü iqtisadiyyatını qaldırırlar”-deyə Sadıqov vurğulayıb.

Daha sonra Saakaşvilinin Azərbaycana səfərinə işarə edən Söyün Sadıqov özünün əsl simasını açıb: “Bakıdan qayıdandan sonra Saakaşvili indi belə nəğmələr oxuyur. Əgər sən Gürcüstanın prezidentisənsə və vətəndaşlar sənin üzərinə belə məsuliyyət qoyublarsa, onların (Bakının-red.) təsirinə düşməməli idin. Saakaşvilinin bəyanatı separatizmə, ekstremizmə və qan axıdılmasına çağırışdı”-deyə S. Sadıqov bildirib.

Qeyd edək ki, martın 1-də Azərbaycan səfərindən ölkəsinə qayıdan gürcü prezident M.Saakaşvili Tiflis aeroportunda bəyan edib ki, Rusiya Azərbaycanda dövlət çevrilişi hazırlayır və bunun üçün azərbaycanlı iş adamlarının toplandığı “Milyarderlər İttifaqnın” üzvlərindən istifadə edir. Konkret olaraq o, “Azerros”un sabiq prezidenti Söyün Sadıqovun və “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkəbrovun adlarını çəkib.

Belə görünür Moskvanın Azərbaycandakı seçkilərlə bağlı şübhəli niyyətlərinin olduğu barədə təhlillər getdikcə özünün təsdiqini tapmaqdadır. Hər halda S.Sadıqovun Saakaşvilinin bəyanatına belə gözlənilməz reaksiyası bir sıra məqamları ortaya qoyur (Modern.az). 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->