Xəbər lenti

Söz altında qalmaq həvəsi olmayan Eldənizə...
Ölkə 15:46 13.03.2014

Söz altında qalmaq həvəsi olmayan Eldənizə...

Günlərin bir günü bir kasıb əlinin zəhməti, alnının təri ilə "Niva" markalı maşın alır. Maşını gətirib məhlədə saxlayır. Qonşulardan biri səhər məhələyə çıxıb maşını görür. O tərəf, bu tərəfinə keçib "Niva"nı yaxşıca süzür, görür ki, maşının arxa tərəfində 4x4 yazılıb. Tez bir dəmir parçası tapıb həmin yazının qabağına bərabər işarəsi qoyur və 16 yazır. Maşının sahibi "Niva"nı rəngsaza aparıb, pozdurur. Bu hal bir neçə dəfə təkrarlanır. Yazıq kasıb qərara gəlir ki, səliqə ilə 16 yazdırsın. Qonşu görəndə ki, 16 yazılıb, yenə dəmir parçası ilə "Niva"nın arxasına DÜZDÜR yazır.

İndi həmin qonşunun işini görən bir “ziyalı” peyda olub. Peşəsi siyasilərin arxasınca “su atmaqdır”. Hələ maşınlarına çatanda nömrələrini də qaralayır. Çünki onun hansısa partiya haqqında nəsə deməsi, gizlincə maşın nömrəsi qaralama kimi bir şeydir.

Yəqin nömrə qaralayanların aqibəti çoxlarına məlumdur. Bilməyənlərə də xatırladım, bilsinlər; bir gün qulağından tutub, yumuşaq yerinə vura-vura aparırlar böyüyünün yanına. Böyüyü olmasa, onda yiyəsiz küçə uşağı kimi maşının arxasına bağlayırlar ... qabığı çıxana qədər sürüyürlər ki, bir də elə ... eləməsin.

Məni tanıyanlar yaxşı bilirlər ki, nə kiminsə haqqını yeyərəm, nə də haqqımı kimsəyə yedizdirərəm. Qələmim də batil yazmaz, həqiqət yazmaqdan da doymaz!

Bu mövzuda sayca ikinci yazımdı. “Adam kimi ölməyə çalış, cənab Quliyev” başlıqlı ilk yazım 5 fevral 2014-cü il tarixdə dərc olunandan təqribən 30 dəqiqə sonra telefonum zəng çaldı. Eldəniz Quliyev salamlaşan kimi dərhal giley-güzar elədi ki, bu yazı ilə mənə çox böyük udar vurdun. Guya bu vaxta qədər mənim yazımdan aldığı zədəni heç kimdən almayıbmış.

Görünür hörmətli “ziyalı”mızın etirafı, dil tökməkdən başqa bir şey deyilmiş. Yoxsa bir neçə gün əvvəl müşavirinin yazdığı cızma-qaralamada mənim adımı çəkdirməzdi. (Müəllif kimi Seyran Rəfiyevin imzası qoyulsa da, məqalənin Eldəniz Quliyev tərəfindən yazıldığı şübhə doğurmur).

Eldəniz Quliyevin yaşına, başına uyğun olmayan ifadələrinə sadə və elə özünün başa düşdüyü səviyyədə cavab verməyi zəruri hesab edirəm. Ancaq onun dediklərini qeyd edib cavablandıracam.

Yenə təkrar edirəm, Seyran Rəfiyevin imzası qoyulan yazıda deyilir: “Təəssüflər ki, VİP funksionerlərinin hər çıxışı , müsahibə və yazıları ölkənin tanınmış simalarına camur atmaq, onları küçə söyüşləri ilə təhqir etməklə müşayiət olunur və bu, az qala artıq onların adi davranış qaydalarına çevrilibdir”.

Cənab Quliyev özünə cavabdan başqa etik qaydalara sığmayan bir kəlmə göstərsin ki, VİP funksionerləri kiminsə haqqında deyib. Çəkinmədən deyə bilərəm ki, çamur atmaq məhz Eldəniz Quliyevin peşəsidir. Mən Eldənizdən fərqli olaraq yazdığım hər bir hərfi belə məntiq və fakt əsasında qələmə alıram. Eldənizin çamur atmasını bir balaca mətbuatı izləyən şəxs aydın görə bilər. Bu faktların siyahısına “Xoca” filmindən tutmuş, bəzi jurnalist və siyasətçilərə qarşı təhqiredici ifadələr işlətməsinə qədər hərəkətlərini salmaq olar.

Məqalənin növbəti hissəsində isə qeyd olunur: “Ölkənin nadir aydınlarından biri olan, Azərbaycan Ziyalılar Birliyinin sədri, Ziyalılar Forumunun təsisçilərindən biri, Milli Şuranın rəhbərliyində təmsil olunan Eldəniz Quliyevə qarşı apardıqları qeyri-etik kompaniya acı təəssüf hissi doğurur”.

İndi gəlin bu cümləyə aydınlıq gətirək. Əslində Eldənizin “nadir” varlığ olduğuna şübhəm yoxdur. Onun nadir olması özünəməxsusluğundan irəli gəlir. Nadir varlıqlar isə ancaq Qırmızı kitaba düşə bilirlər. Bu mənada Eldənizin hansısa nəsli və kökü kəsilmiş varlıqlarla birlikdə Qırmızı kitaba düşməsi müsbət haldır. Ziyalı məsələsinə gəldikdə, sakitcə və alqışla keçə bilməyəcəm. Çünki, ziyalı məsələsi mənim üçün tam fərqlidir. Ziya, aydın və işıq mənasında işlədilmiş termindir. Bu kəlmə cəmiyyətdə xüsusi şəxslərə aid edilir. Həmin şəxslər də məxsusi fərdlər hesab olunurlar. Kimsə yaxşı alim, yaxşı müəllim, yaxşı musiqiçi, yaxşı rejissor ola bilər. Ama bu hələ onun ziyalı olması anlamına gəlmir. Ziyalı cəmiyyətdə neqativ hal kimi dəyərləndirilən hərəkətlərdən tam uzaq olmalıdır və dövrünün nümunəvi şəxsinə çevrilməlidir. Spirtli içki qəbul edib, alkaşlıq edən şəxs necə ziyalı ola bilər? Hamıya məlumdur ki, spirtli içki beyin hüceyrələrini keyidir və məhv edir. Bu da, onun sərsəmləməsinə və mənəviyyatdan uzaqlaşmasına gətirib çıxardır. Düşüncəsi donşum şəxs başqasına necə işıqlı yol göstərə bilər? Yəqin Eldənizi tanıyanlar içki düşkünü olduğunu da yaxşı bilirlər. Buna görə də ziyalı sözünü Eldənizin adının qarşısında yazanda məcburam dırnağa alım. 

Milli Şura barəsində bir cümlə ilə kifayətlənmək fikrindəyəm. El Hərəkatının sədri Eldar Namazov bu təşkilatdan istefa verdiyi halda, Eldənizin orada qalması mənim kimi yəqin çoxları üçün qaranlıqdır. Bunun bir izahı ola bilər, Eldar Namazov Eldənizi orda saxlamaqla quyruğunun göründüyündən xəbərsizdir...

Həmin yazıda Eldənizin tərcümyi-halı göstərilib. Onun getdiyi kursları, təhsil aldığı emalatxanaları oxuduqca yadıma Müqəddəs Qurani-Kərimdən bir ayə düşdü.

“Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər...” (Cümə surəsi ayə 5)

Eldəniz Quliyev kimliyini hansı emalatxanada oxuması ilə təsdiq edə bilməz, əksinə oxuduqlarını həyata keçirməklə cəmiyyətdə kim olduğunu isbat etməlidir, Artıq isbat edib!

Sonra müəllif Eldəniz Quliyevin yazdıqları ilə fəxr edib, deyir: “Eldəniz Quliyevin yazdıqlarını üst-üstə qoysan Əli, Ramil və üstəlik bir neçə Fərhad Məhərrəmov, Cavid Alışov kimi digər VİP funksionerlərinin boyundan çox-çox hündür olar!”

Bax, buna heç etirazım yoxdur. Eldənizin gecə-gündüz yazdığını zatən bilirəm. Hətta ömrünün ahıl çağında, qürub vaxtında da yazır. Burda isə Seyran Rəfiyevin buraxdığı səhvi düzəltmək zorundayam. Eldənizin son yazılarından birindən sitat gətirməklə, onun həm necə yazar olduğunu cəmiyyətə təqdim edirəm, həm də Quran ayəsinin düzgün yerdə qeyd etdiyimi bir daha təsdiqləyirəm.

“Tanrım, yıxılmağa qanad ver mənə!..” 

...Ağdamın çıxacağında, maşın yolunun tən ortasında bir uzunqulaq dayanıb- durmuşdu. Yaxınlaşanda, hər ehtimala qarşı, maşının sürətini azaltdım. Arxadan gələn maşınlar da yavaşıdı. Oğlum Nəcəf (4 yaşına təzəcə keçmişdi o vaxt) əlini çiynimə qoyub-dikəldi və çox maraqla ilk dəfə gördüyü bu «əcaib» heyvana baxa-baxa soruşdu:

- Bu nədi, ata?..

Cavab verdim ki:

- Uzunqulaqdı, eşşək də deyirlər.

- Essək?

- Hə.

Arxa maşını idarə eləyən dostum siqnal verib gülə-gülə:

- Ə, qağa, bəlkə, bu «QAİ»-nin qulağına bir üçlük basaq?! – dedi. Elə bu zaman uzunqulaq başını tərpətdi və elə alındı ki, guya o, bu «xeyirli təklif»ə razılığını bildirir. Hamımız gülüşdük. Nəcəf çevrilib sonuncu dəfə zəndlə uzunqulağı süzəndən sonra boynumu qucaqladı və yəqin ki məni bu an daha çox istədiyini göstərməkçün dedi:

- Ata, bu essək toçnı sənə oxsayır ey!

Eldəniz Quliyev 4 yaşlı oğlunun illər sonra haqlı olduğunu həmin yazıda etiraf edir:

…Ölüm! Ölüm - qorxunun bitdiyi, tükəndiyi yerdi, İlahi!.. Ölümdən qorxmaq - qorxudan ölməkdən nəylə fərqlənir görən?... Və ölümü öldürmək niyə belə çətindi görən?! Qorxu!.. Qorxu…

Güzgüyə baxdım. Güzgüdə öz-özümə, öz gözümə, gözümün içinə baxdım.

Baxa bilmədim.

Utandım. Gözümü yumdum. Dörd yaşlı Nəcəfin səsi gəldi qulağıma: «Ata, toçnı essəyə oxsayırsan ey!»

Bədənimdən gizilti keçdi. Ətim ürpəşdi. Ürəyimin döyüntüsünü eşitdim – «tup-tup!», «tup-tup!!!». 

Öz-özümə:

- Uzunqulaq! – dedim.

Sonra:

- Qorxaq!! – dedim.

Sonra:

- Kül başıma!!! – dedim. 

Sonra, sonra gözümü açıb yenə güzgüyə baxdım. 

Qəribəydi. Əvvəl mənə elə gəldi ki, doğrudan da, başıma kül tökülüb. Qeyri-ixtiyari əlimin dalıyla saçımı təmizləmək istədim. Alınmadı...

Bu, Eldəniz Quliyevin yazdıqlarından, özü də ahıl çağında yazdıqlarından bir parça idi.

İndi isə məhkəmə məsələsinə aydınlıq gətirmək istəyirəm. Yenə həmin yazıda göstərilir ki, VİP eyni ilə, doğrunun üstünə bağıran oğrunu yamsılayaraq, bu yaxınlarda Eldəniz Quliyevi məhkəməyə də verdi. Xüsusi ittiham qaydasında təqdim etdikləri şikayət ərizəsi məhkəmə tərəfindən birmənalı şəkildə rədd edildi. Rədd edilməliydi də! İşverənlik və şər- şəbədə ilə adam həbs etdirmək göründüyü qədər də asan məsələ deyil.

Unutmaq lazım deyil ki, biz hüquqi dövlətdə yaşayırıq. Hüquqlarımızı da qanun çərçivəsində qorumağı üstün tuturuq və bu yoldan dönməyəcəyik. Əslində məhkəmənin şikayəti icraata götürməməsi, bir daha sübut etdi ki, El Hərəkatının sədri və Məclis sədri hakimiyyətin “desant”ı olaraq müxalifətə atılıblar. Digər tərəfdən hesab edirik ki, bu məhkəmə siyasi sifarişlə icra olundu. Məhkəmə qərar verən günə qədər Eldəniz bir neçə “elçi” göndərib bağışlanmasını istədi. Çünki, ipinin əlində olduğu şəxslərə o qədər də etibar eləmirdi. Ən azı hər şeyi öz arşını ilə ölçürdü. Nəyi təkzib eləsə də “elçi” məsələsini inkar edə bilməz. Kimlərin və hansı formada gəldiyini açıq deyə bilərəm.

Kimin tərbiyyəsiz davrandığı da Seyran Rəfiyevin imzası ilə hazırlanan yazıda açıq göstərilir. “VİP və onun sədri, eləcə də sədr müavinləri həqiqətən də BİR DƏFƏ YEYİLMİŞLƏRDİR”. “Ulduza hürənləri öz-özləri ilə tək –tənha buraxırıq!..”

VİP bir dəfə yeyilmiş olsa, Eldəniz bəlkə də ömrünün bu yaşına qədər yüz dəfə yeyilib.

Sonda mən də xalq şairi Sabir Rüstəmxanlının bir fikri ilə sözümü tamamlayıram.

“Taleyim Bakı küləyidir, mənə doğru tüpürmək istəyənlərin tüpürcəyini öz üzünə yaxır”. 

Eldəniz Quliyev, sizə isə bircə iş qalır, üzünüzü təmizləyin!

Cavid Cabbarlı

VİP sədrinin müavini

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->