Dünya 09:32 06.11.2013

Tacikistanda prezident seçkiləridir


Bu gün Tacikistanda prezident seçkilərində səsvermə başlayıb. Məntəqələr yerli vaxtla saat 06:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 05:00-dan 19:00-dək) açıq olacaq.
Trend-in məlumatına görə, səsvermə hüququna 4 milyon 35 min Tacikistan vətəndaşı malikdir. Səsvermə dövlətin ərazisindəki 3158 məntəqədə və ölkə hüdudlarından kənarda 61 məntəqədə keçiriləcək.

Prezidentliyə 6 namizəd, o cümlədən hazırkı Prezident Emomali Rahmon qeydiyyata alınıb.

Tacikistan Prezidenti postu uğrunda, habelə Kommunist Partiyasının katibi, parlamentin deputatı İsmoil Talbakov, Demokratik Partiyanın sədri Saidcafar İsmonov, Sosialist Partiyasının sədri Abdulhalim Qaffarov, Aqrar Partiyanın nümayəndəsi Tolibbek Buxoriyev və İqtisadi İslahatlar Partiyasının sədri Olimcon Boboyev mübarizə aparırlar.


Qaynar.info