Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Milli Kulinariya Mərkəzinin baş direktorunun aylıq vəzifə maaşı 510 manat (indiyədək 369 manat idi), baş direktorun müavininin aylıq vəzifə maaşı 430 manat (314 manat), baş mütəxəssisin aylıq vəzifə maaşı 370 manat (264 manat), aparıcı mütəxəssisin aylıq vəzifə maaşı 335 manat (242 manat), mütəxəssisin aylıq vəzifə maaşı 320 manat (231 manat), kompüter operatorunun aylıq vəzifə maaşı 295 manat (180 manat) olub.
Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovdur. ("Report")
Şərhlər