Xəbər lenti

Tağı Əhmədov xəstəxanaya yerləşdirilməsi barədə iddialara cavab verdi (YENİLƏNİB)
Ölkə 14:21 02.08.2021

Tağı Əhmədov xəstəxanaya yerləşdirilməsi barədə iddialara cavab verdi (YENİLƏNİB)

"İşdəyəm, səhhətim də yaxşıdır”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov bildirib.

O qeyd edib ki, onun heç vaxt ürək problemi olmayıb:

"Cüzi ayaq ağrıları var, o da keçib gedəndir”.

12.36

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Axar.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kardiologiya şöbəsində müayinəsinə başlanılıb.

Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->