Dünya 14:44 02.06.2020

Taliban lideri koronavirusdan öldü

Taliban təşkilatının yeni lideri Molla Heybətullah Axundzadə koronavirusdan həyatını itirib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxduğu deyilən Molla Heybətullah təşkilatın iclaslarında iştirak etmirdi. O, Talibanı ABŞ-la masaya əyləşdirən lider olaraq tanınırdı. 

Talibana yaxın mətbuat orqanlarından əldə edilən məlumata görə, qruplaşmanın 4 yüksək vəzifəli rəhbərində də koronavirus aşkarlanıb.

Camal