Dünya 10:22 07.03.2021

"Taliban"dan növbəti hücum: Ölənlər və yaralananlar var

Əfqanıstanda "Taliban” hərəkatının silahlıları təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə 1 TV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Balh əyalətində baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı həlak olub. Bununla yanaşı, təhlükəsizlik qüvvələrinin daha 4 əməkdaşı yaralanıb.