Maqazin 11:45 28.03.2020

Tanınmış aktrisa maskada evləndi: Karantin toyundan kadrlar (FOTO)

23 yaşlı aktrisa Taisiya Vilkova və sevgilisi 32 yaşlı rejissor və aktyor Semyon Serzin martın 27-də nikaha girib.

Qaynarinfo xəbər verir ki, qonaqlardan biri sosial şəbəkələrdə yeni evlənənlərin üzükləri nümayiş etdirdikləri əyləncəli fotonu yerləşdirib. İkinci kadrda cütlük tibbi maskalarda şəkil çəkdirib. 

Beləcə, koronovirus bir-birini sevənləri qorxuda bilməyib. Onlar öz toylarını təxirə salmayıb, bunula belə toyda təmtərağa o qədər yer verilməyib. 

Taisiya VVAQ-a uzun qollu ağ gəlinlikdə gəlib, Semyon isə klassik kostyum geyinib. 

Maraqlıdır ki, toy günü beynəlxalq teatr gününə düşüb.